SIM kartı və batareyanı daxil edin
Qeyd: Qapaqları çıxarmazdan əvvəl cihazı söndürün və adapteri və hər hansı digər
cihazı elektrik enerjisindən ayırın. Qapaqları dəyişərkən elektron komponentlərə əl
vurmayın. Cihazı həmişə verilən qapaqla saxlayın və istifadə edin.
Mühüm: Bu cihaz standart SIM kart ilə (şəklə bax) istifadə üçün nəzərdə tutulub.
Uyğun olmayan SIM kartlardan istifadə kart və yaı cihazı zədələyə bilər, həmçinin
kartda saxlanılan məlumat pozula bilər. Zəhmət olmasa, mini-UICC küncü olan SIM
kartdan istifadəyə dair mobil operatorunuza müraciət edin.
Mühüm: SIM karta zərər dəyməməsi üçün kartı taxmazdan və ya çıxarmazdan əvvəl
həmişə batareyanı çıxarın.
Bu telefon BL-5C batareyası ilə istifadə edilmək üçün nəzərdə tutulub. Həmişə orijinal
Nokia batareyalarından istifadə edin.
Yalnız bir SIM kartı daxil edəndə 1 SIM kart saxlayıcısını açın.
SIM kart və onun kontaktları asanlıqla çızıqlar və ya əyilmə nəticəsində zədələnə bilər,
o baxımdan, kartı daxil edərkən, toxunarkən və ya kənar edərkən ehtiyyatlı olun.
6
Cihazın işə salınması
1 Barmağınızı telefonun yuxarı hissəsindəki oyuqa salın və arxa örtüyü ehtiyatla
qaldırıb çıxardın (1). Əgər batareya daxildədirsə, onu qaldırın (2).
2 SİM kartının saxlayıcısını açın (3) və SİM kartını qoyun və ya çıxarın (4 və ya 5).
Kartın kontakt sahəsi üzüaşağı olmalıdır.
3 Batareyanın kontaktlarını batareya yeri ilə bir xətt üzrə düzün və batareyanı daxil
edin (6). Arxa örtüyü dəyişmək üçün aşağı kilidləri onların oyuqlarına yönəldib (7)
örtük yerini tutana qədər onların üzərinə basın (8).