Şəkli telefonunuz və kompüter arasında köçürmək
Siz şəkillərinizi, videolarınızı, musiqi və digər məzmunu telefonunuz və uyğun
kompüter arasında köçürmək üçün USB məlumat kabelindən istifadə edə bilərsiniz.
1 Telefonunuzu kompüterə qoşmaq üçün müvafiq USB kabelindən istifadə edin.
2 Aşağıdakı rejimlərdən seçin:
Nokia Ovi Suite — Nokia Ovi Suite kompüterinizdə quraşdırılıb.
Media köçürmə — Kompüterinizdə Nokia Ovi Suite quraşdırılmayıb. Telefonunuzu
ev əyləncə sistemi və ya printerə qoşmaq ıstəyirsinizsə, bu rejimdən istifadə edin.
Məlumat saxlama — Kompüterinizdə Nokia Ovi Suite quraşdırılmayıb. Telefon
kompüterinizdə portativ cihaz kimi görünür. Telefonunuzu başqa cihazlara,
məsələn, ev və ya avtomobil stereosuna qoşmaq istəyirsinizsə, bu rejimdən
istifadə edin.
3 Məzmunu köçürmək üçün kompüterin fayl menecerindən istifadə edin.
Kontaktlarınızı, musiqi fayllarınızı və ya şəkilləri köçürmək üçün Nokia Ovi Suite-
dən istifadə edin.