Bluetooth-dan istifadə edərək şəkli yaxud digər məzmunu digər bir cihaza göndərmək
Şəkilləri, videoları, vizitkaları və yaratdığınız digər məzmunu kompüterinizə və ya
dostunuzun uyğun telefonuna və ya cihazına göndərmək üçün Bluetooth-dan istifadə
edin.
1 Göndəriləcək elementi basıb saxlayın və peyda olan menyudan
Göndər
>
Bluetooth ilə
seçin.
2 Qoşulma üçün cihazı seçin. Əgər istədiyiniz cihaz göstərilməyibsə, onu axtarmaq
üçün seçin
Seçimlər
>
Yeni axtarış
. Əhatə dairəsində olan Bluetooth cihazları
göstərilir.
3 Əgər digər cihaz keçid kodunu tələb edirsə, onu daxil edin. Özünüz təyin edə
biləcəyiniz keçid kodu hər iki cihazda daxil olunmalıdır. Bəzi cihazlarda keçid kodu
sabitdir. Ətraflı məlumat üçün cihazın istifadəçi təlimatına baxın.
Əlaqə
25
Keçid kodu yalnız cari bağlantı üçün etibarlıdır.
Mövcud seçimlər fərqlənə bilər.